Şesni Messi ilə penaltiyə görə mərc edib


Polşa millisinin qapıçısı Voytsex Qətərdə keçirilən dünya çempionatı çərçivəsində Argentina ilə matçda Lionel Messi ilə mərcə girib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şesnı “Ole” nəşrinə açıqlamasında bildirib.
O, matçın ilk hissəsində Argentinanın lehinə təyin olunan penalti epizodunda Messiyə mərc təklif etdiyini deyib:
“Messi ilə nə danışırdıq? Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Və mən mərci uduzdum. Bilmirəm buna icazə verilib, yoxsa yox. Bəlkə də cərimə olunacam, amma ona pul vermək fikrində deyiləm. Messinin artıq kifayət qədər pulu var”.
Qeyd edək ki, sözügedən matçın 38-ci dəqiqəsində Şesnı ilə Messinin mübarizəsi zamanı baş hakim Denni Makiele VAR-a baxdıqdan sonra Polşanın qapısına penalti təyin edib, Argentinanın kapitanın zərbəsini isə polşalı qapıçı qaytarıb.

DİGƏR XƏBƏRLƏR

Top