Sabirabaddakı məktəbdə istilik sistemi bərpa edildi – Yenilənib


Sabirabad rayonu Kolar kənd tam orta məktəbinin istilik sistemi bərpa olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.
“Sabirabad rayonu Kolar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Ustalar təmir işləri aparıb. İndicə aldığımız məlumata görə məktəbdə istilik bərpa olunub. Şagirdlərə isə fəal vətəndaş mövqeyinə görə minnətdarlığımızı bildiririk”, - paylaşımda bildirilib.

***14:13
Sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, fotoda məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlər tutublar.
Onlar bu şəkildə məktəbdə istiliyin olmamasına etiraz ediblər.

Məsələ ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsi bildirilib ki, hazırda problemin həlli ilə əlaqədar iş gedir:
“Bir neçə gündür Kovlar kənd məktəbində istiliklə bağlı problem yaranıb. Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınan zaman problem ortaya çıxıb. Hazırda ustalar işləyirlər. Bəzi detallar lazım idi, onlar alınıb. Bu gün, uzağı sabah problem aradan qaldırılacaq, məktəb istiliklə təmin olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top