Fotoları ilə gündəm olan Əlisa Nicatın evindən görüntülər - Video


Ötən gün sosial şəbəkələrdə azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatin fotoları gündəm olub. “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu yazıçının fotolarını paylaşaraq yazıb: “Əlisa Nicatdan soruşuram ki, qalın geyinmisən, çox üşüyürsən? Deyir, ev soyuqdur. Soruşuram ki, bəs qaz gəlmir? Cavab verir ki, qaz peçi var, gecə 2-3 saat yandırıb, sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm. Əlisa Nicatın 87 yaşı var, 100-dən çox kitabın müəllifidir”.
Yeniavaz.com
xəbər verir ki, Şahbaz Xuduoğlu bu gün Əlisa Nicatın yaşadığı evi ziyarət edib.
O, bu barədə sosial şəbəkə hesabındakı paylaşımında yazıb:
“Ustalarla birlikdə Əlisa Nicata baş çəkdim. Evə istilik sistemi lazımdır. Bu məqsədlə kombi və radiatorlar alınmalıdır. Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir. Bu gün ustalar lazım olan avadanlıqları alacaq, sabah işə başlayacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top