"Azyaşlı körpələr evdə donur" - Ceyranbatanda 3 gündür niyə qaz yoxdur?


Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllə yaşayış massivi ərazisində artıq 3 gündür ki, xəbərdarlıq edilmədən təbii qazın verilməsi dayandırılır.
Bu barədə sözügedən ərazidə yaşayan vətəndaşlar Yeniavaz.com-a müraciətlərində bildiriblər.
Onlar qeyd edib ki, "Azəriqaz" İB-nin əməkdaşları bunu sayğacların dəyişdirilməsi ilə əlaqələndirirlər:
“Qəsəbə camaatı artıq boğaza yığılıb. Sayğacları dəyişmək üçün soyuq qış aylarını gözləmək lazımdırmı? "Azəriqaz" İB-nin səriştəsiz fəaliyyəti insanları etiraz etməyə məcbur edir. Azyaşlı körpələr və yaşlı insanlar evdə donur”.



Məsələ ilə bağlı "Azəriqaz" İB-nin rəsmisi Eldəniz Vəliyev Yeniavaz.com-a bildirib ki, görülən işlər qaz sızıntısının aşkarlanması ilə əlaqədardır:
““Təmiz Qaz” QSC ərazidə sızmalar aşkar edib. Ona görə də bizim əməkdaşlarımız 3 gündür orada işlər görür. 2 dekabrda bütün işlərin tamamlanması planlaşdırılır. Bütün bu görülən işlər qışa hazırlığın son mərhələsidir. Qışın astanasında olduğumuza görə işlər tam kompleks şəkildə həyata keçirilir ki, əhali qış aylarında daha davamlı və təhlükəsiz formada qaz ala bilsin”.

DİGƏR XƏBƏRLƏR

Top