MN atəşkəsin pozulması barədə bir gündə üç dəfə məlumat yaydı


Xəbər verdiyimiz kimi, son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları artıb.
Yeniavaz.com
xəbər verir ki, son bir neçə gün ərzində həm erməni təxribatlarının sayı artıb, həm də Qarabağdakı sülhməramlıların Azərbaycanın ərazi adlarını bilərəkdən səhv qeyd etməsi məsələsi gündəmdən düşmür. Azərbaycan Müdafiə Nazirliyi 26-27-28-30 noyabr tarixlərində eyni məzmunda rus sülhməramlılarına 4 dəfə xəbərdarlıq edib. Tarixi Azərbaycan torpaqlarının adları onlar tərəfindən səhv şəkildə, erməniləşdirilmiş formada qeyd olunur.
““Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq”, - deyə bildirilib.
Digər tərəfdən ermənilər hər gün mövqelərimizi atəşə tutmağa başlayıb. Bu gün Azərbaycan Müdafiə Nazirliyi 3 dəfə mövqelərimizin atəşə tutulduğunu açıqlayıb. Birinci xəbər səhər saat 9:00, ikicisi 17:00, üçüncüsü də saat 20:30 radələrində yayımlanıb. Təxminən 1 saat sonra isə sülhməramlılara xəbərdalıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top