“Bayden İrana qarşı son çarə kimi hərbi müdaxiləyə razıdır”


ABŞ Prezidenti Co Bayden İranda nüvə silahının hazırlanmasının qarşısını almaq üçün son çarə kimi hərbi müdaxiləyə hazırdır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu noyabrın 30-da “Foreign Policy” nəşrinin platformasında təşkil olunan müzakirə zamanı ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mulli deyib.
“Prezident bildirib ki, son çarə olaraq, İranın nüvə silahı əldə etməsinə mane olacaqsa, hərbi ssenari ilə razılaşacaq. Lakin bunun vaxtı hələ çatmayıb”, - deyə o qeyd edib.
Malli əlavə edib ki, ABŞ hakimiyyəti hələ də İran üçün mümkün nüvə silahı məsələsinin diplomatik həllinə üstünlük verir.

DİGƏR XƏBƏRLƏR

Top