Ukrayna səfirliyinə hücumun təfərrüatı açıqlandı – Yenilənib


İçərisində partlayıcı qurğu olan zərf Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsevə ünvanlanıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Vanguardia polis mənbələrinə istinadla məlumat yayıb .
Materialda deyilir ki, zərf skanerdən keçirilməyib, ona görə də onu Ukraynanın İspaniyadakı səfirliyinin bağçasında mühafizəçi açıb. Bağlama diplomatik posta oxşamayıb, onun qaytarılma ünvanı belə olmayıb və bu, ilkin olaraq səfirlik əməkdaşlarında şübhə yaradıb. Səfirliyin əməkdaşı bağlamanı mühafizəyə cavabdeh olan zabitə təhvil verib. Daha sonra mühafizəçi həyətə çıxıb, bağlamanı açıb və səs eşidib dərhal onu atıb. Bunun ardınca partlayış baş verib.
İşçinin əllərində kontuziya və xəsarətlər var.

***18:30
Ukraynanın Madrid şəhərindəki səfirliyində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb. Bildirilib ki, partlayış səfirliyə göndərilən konvertin içindəki bombanın işə düşməsi ilə baş verib.
Hadisə nəticəsində 1 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top