Ən çox bu şirkətin məhsulları yararsız olur


“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 74 adda, 12,5 ton müxtəlif növ süd məhsulları məhv edilib.
Yeniavaz.com
 xəbər veri ki, bu barədə AQTA-dan məlumat verilib.
Məlumat üçün qeyd edək ki, son aylar AQTA “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında mütəmadi olaraq istehlaka yararsız və istifadə müddəti bitmiş tonlarla yararsız məhsulu məhv edib. Son 2 ay ərzində edilən 7 müraciətdən sonra ümumilikdə 75 000 kq yaxın yararsız məhsul məhv edilib.
Təkcə bu ay ərzində istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsilə bağlı AQTA-ya 4 müraciət daxil olub və onlardan 3-ü “AZ FP CO LTD” MMC-yə məxsus olub.
Onu da bildirək ki, Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC (VÖEN-1300995031) öz məhsullarını bazara “Milla” markası ilə çıxarır.
“AZ FP CO LTD” MMC dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 38 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Azər Vahabzadə rəhbərlik edir.
Qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdinqlə birgə çəkilib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top