Vasif Talıbovun qardaşı saxlanılıb? - Yenilənib


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır.

Yeniavaz.com xəbər verbr ki, Bu barədə APA-ya hüquq mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, bu gün bəzi media orqanları tərəfindən M.Talıbovun saxlanılması barədə məlumatlar yayılıb.


***18:22
Naxçıvan MR Baş Prokurorunun müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbovun DTX tərəfindən saxlanıldığı və dindirilmək üçün Bakıya gətirildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" məlumat yayıb. O, bu yaxınlarda həbs olunan Naxçıvan MR maliyyə naziri Rafael Əliyevlə iş birliyində ittiham olunur. Rafael Əliyev dövlət əmlakını külli miqdarda (144 milyon manat) məimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik qardaşıdır.
Bundan öncə Vasif Talıbovun oğlanları Seymur və Rzanın, qızı Baharxanımın qaçaqmalçılığa görə dindirildikləri məlumatları yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top