“Hazırkı vəziyyətdə Kiyevlə danışıqlar mümkün deyil”


Hazırda Kiyevin mövqeyinə görə Ukrayna ilə danışıqlar mümkün deyil.
Yeniavaz.com
“İnterfaks”a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən, indi heç bir danışıqlar mümkün deyil, çünki Ukrayna tərəfi onları qəti şəkildə inkar edir. Xüsusi hərbi əməliyyat davam edir”, - deyə Peskov bildirib.
Mətbuat katibi Ukraynanın Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtləri yerinə yetirməli olduğu sualına cavab olaraq qeyd edib ki, Kiyev Moskvanın irəli sürdüyü tələbləri müzakirə etmək üçün siyasi iradə və hazırlığa malik olmalıdır .

DİGƏR XƏBƏRLƏR

Top