Sahilə yaxın ərazidəki yanğın söndürüldü - Yenilənib


Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


***17:13
Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın baş verib.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinad xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top