Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, xəstəlikdən 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 9 978 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 235, bu günə qədər isə ümumilikdə 7 373 658 test icra olunub.

Həmçinin Azərbaycanda son sutkada 398 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 108, ikinci doza vaksinlərin sayı 48 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 196-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 46 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 921 785 olub.

DİGƏR XƏBƏRLƏR

Top