Mingəçevir sakinlərinin ictimai nəqliyyat problemi... - Video


Mingəçevirdə sakinlər ictimai nəqliyyat problemi yaşayır.
Bu barədə Mingəçevir Tərəvəzçilik yaşayış massivinin Boz dağ küçəsi adlanan ünvanda yaşayan sakinlər problemləri ilə bağlı Yeniavaz.com-a müraciətlərində bildiriblər.
Onların sözlərinə görə, yaşayış massivində hərəkət edən 8 saylı marşrut avtobusu onlar yaşayan küçədən keçmir. Bu da onların şəhərə gedib-gəlmələrinə problem yaradır.
Sakinlər bildirir ki, 2-3 km yol qət edərək avtobus dayanacağına piyada gedirlər. Axşam saat 7-dən sonra isə marşrut avtobusu işləmir.
Daha ətraflı:



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top