“Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi


Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, 6 fəsil, 30 maddədən ibarət qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək.

DİGƏR XƏBƏRLƏR

Top