
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2023-cü ildə qəzet və jurnallara abunə olmaq məqsədilə keçirdiyi tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Penitensiar Xidmətin qəzet və jurnalların alınması ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “Qasid” MMC (VÖEN – 1403204191) olub.
Xəbəri rus dilində oxuyun: В следующем году заключенные смогут читать эти газеты и журналы - Список
Tender müsabiqəsinin şərtlərinə görə, “Qasid” MMC 2023-cü ildə Penitensiar Xidmətə aşağıdakı qəzet və jurnalları çatdıracaq və qarşılığında 35 min 500 manat 52 qəpik alacaq.
Azərbaycan qəzeti | 80 ədəd |
Arqumentı i faktı | 4 ədəd |
İki sahil | 30 ədəd |
Yeni Müsavat | 6 ədəd |
Xalq qəzeti | 80 ədəd |
Yeni Azərbaycan | 38 ədəd |
Bakinskiy raboçiy | 20 ədəd |
Baku | 3 ədəd |
Bakı xəbər | 4 ədəd |
Kaspi | 15 ədəd |
525-ci qəzet | 15 ədəd |
Həftə içi | 20 ədəd |
Kaspiy | 20 ədəd |
Səs | 30 ədəd |
Respublika | 90 ədəd |
Soverşenno sekretno | 3 ədəd |
A. Cəfərov