Ermənistanda mayor dövlətə xəyanətdə ittiham olunur – Video


Ermənistanda xarici xüsusi kəşfiyyat orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş hərbçi saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayor rütbəsində olan Ermənistan vətəndaşı 2021-ci ilin iyul ayında xarici xüsusi xidmət orqanlarının diqqət mərkəzində olub, onlar tərəfindən hərbi xidmətə cəlb olunub, onlarla əməkdaşlıq müqaviləsi imzalayıb.
Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurmaq məqsədi ilə hərbi sahədə dövlət və rəsmi sirr təşkil edən məlumatların toplanması və xarici xüsusi xidmət orqanlarına təhvil verilməsini öhdəsinə götürüb. Müxtəlif vaxtlarda xarici kəşfiyyat xidmətlərinin nümayəndəsindən 19 700 ABŞ dolları məbləğində mükafat alıb. Bununla da Ermənistanın ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib.
Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində adıçəkilən zabitə qarşı ittiham irəli sürülüb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top