DÇ-2022: Qrup mərhələsinin son turu start götürür – Afişa


Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsində sonuncu - 3-cü tura start veriləcək.
Yeniavaz.com
xəbər verir ki, ilk olaraq A və B qruplarının oyunları keçiriləcək.
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelslə üz-üzə gələcək.
A qrupunun matçları 19:00-da, B qrupunun oyunları isə 23:00-da start götürəcək.
Qeyd edək ki, artıq Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

DİGƏR XƏBƏRLƏR

Top