Bu çıxarışa görə 150 manat rüsum ödəniləcək


Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat dövlət rüsumu ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top