Tofiq Yaqublunun yaşadığı məhəlləyə kamera qoyuldu - Foto


Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun yaşadığı məhəlləyə müşahidə kameraları qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşıb.
“Polis Tofiq Yaqublunu aksiyalar öncəsi saxlamaq üçün çox əziyyətlərə qatlanırdı və Tofiq Yaqublunun aksiyanın təyin olunduğu yerə getməsini əngəlləyə bilmirdilər. Bu işin öhdəsindən gəlməyin ən sadə yolunu taparaq məhləmizə müşahidə kameraları quraşdırıblar. Bununla polislərimiz bizə böyük yaxşılıq etmiş olduqlarını da qeyd etmək lazımdır. Hər dəfə polis Tofiq Yaqublunu saxlayanda sübut etmək olmurdu. İndi isə işimizi asanlaşdırıblar. Daha məhləmizdə kameralar var deyə, rahat ola bilərik. Artıq dəlillərimiz olacaq”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top