Son sutkada 13 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 996 nəfər müalicə olunaraq sağalıb, hazırda 273 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 652, bu günə qədər isə ümumilikdə 7 371 423 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 921 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 537, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 784, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 852 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top