
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən Pakistandan Azərbaycana idxal olunacaq düyü 15%-lik gömrük rüsumundan azad ediləcək.
Yeniavaz.com xəbər verir ki, hazırda Pakistandan Azərbaycana idxal olunan düyünün payı digər ölkələrlə müqayisədə aşağıdır.
Xəbəri rus dilində oxuyun: В Азербайджан импортируется рис за $27 - Полный список по странам
Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 43 min ton düyü idxal olunub. İdxal olunan düyünün 936 tonu və ya 2,2%-i Pakistanın payına düşüb.
Ən böyük pay sahibi Hindistan olub. Ümumi düyü idxalının 74%-i və ya 31,7 min tonu Hindistandan gətirilib.
Azərbaycana düyü aşağıdakı ölkələrdən idxal olunub:
| Ölkə | Ümumi idxal | 1 kq-ın dəyəri |
| Hindistan | 31 740,5 min ton | 0,92 $ |
| Qazaxıstan | 4 874,3 min ton | 0,61 $ |
| Rusiya | 4 109,2 min ton | 0,57 $ |
| Tailand | 1 021 min ton | 0,75 $ |
| Pakistan | 935,5 min ton | 0,71 $ |
| Çin | 106,1 min ton | 0,57 $ |
| Türkiyə | 38,8 min ton | 1,55 $ |
| Uruqvay | 19 min ton | 1,1 $ |
| İran | 12 min ton | 1 $ |
| İtaliya | 7,1 min ton | 2,5 $ |
| Vyetnam | 2,9 min ton | 1,1 $ |
| Lüksemburq | 2,7 min ton | 8,2 $ |
| Rumıniya | 2 min ton | 0,80 $ |
| Kambociya | 0,8 min ton | 2,56 $ |
| B. Britaniya | 0,62 min ton | 2,7 $ |
| Peru | 0,02 min ton | 2,5 $ |
| Koreya | 0,01 min ton | 3 $ |
| ABŞ | 0,01 min ton | 27 $ |
Açıqlanan məlumatlardan da göründüyü kimi, Pakistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri 71 sent (1,2 manat), Hindistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri isə 92 sent (1,56 manat) olub. Pakistan düyüsü ölkəyə Hindistan düyüsündən 30% daha ucuz daxil olub. 15%-lik gömrük rüsumu ləğv olunduqdan sonra aradakı qiymət fərqi daha çox olacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda düyüyə olan illik tələbat 60 min tondan çoxdur və bunun yalnız 17-18%-i yerli istehsal hesabına təmin olunur.
Onu da bildirək ki, Azərbaycana idxal olunan düyünün 80%-dən çoxu 9 şirkətin – "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC və "Sun Food" MMC-nin nəzarətindədir.
A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz