
“Orada ağac kəsintisi olmayıb. Əvvəl həmin ərazi zibil qutuları üçün meydança olub”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab verilərkən bildirilib.
Qeyd edək ki, sakinlər Xətai rayonu Sarayevo küçəsində yolun ortasında obyekt tikildiyini bildirirlər. Onların sözlərinə görə obyektin tikilməsi üçün həmin ərazidəki yaşıllıq məhv edilib, ağaclar kəsilib.
***28.11.2022, 10:46
Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.
Bu barədə rayonun sözügedən ərazidə yaşayan sakinləri Yeniavaz.com-a məlumat veriblər.
Sakinlər yolun ortasında tikilən obyektin fotolarını da redaksiyamıza təqdim ediblər.
Obyekti kimin tikdirdiyi, müvafiq icazə sənədlərinin olub-olmaması barədə məlumat yoxdur.


Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.