DSMF 240 minə ofis icarəyə götürür


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.
Xəbəri rus dilində oxuyun: ГФСЗ арендует офис за 240 000

Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Hüseynova Almaz Hacı qızına 240 min 702 manat (26 min 744 manat) ayda ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top