Xameneinin bacısı qızından dünyaya müraciət - Video


İranın ruhani lideri Ayətullah Əli Xameneinin bacısı qızı Fəridə Muradxani video yayımlayıb və dünya liderlərinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, hüquq müdafiəçisi kimi tanınan Fəridə Muradxani ölkəsində davam edən etirazlara polisin sərt müdaxiləsinə reaksiya verib.
Muradxani bütün ölkələrdən İranla əlaqələri kəsməyi və onu təcrid etməyi tələb edib.
“Azad insanlar, hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim əsaslandığı dini öhdəliklərin heç birini yerinə yetirmir. Hakimiyyəti əllərində saxlamaq uğruna heç bir qayda-qanuna məhəl qoymurlar”, - deyə o bildirib.
"Bütün azad və demokratik ölkələrin simvolik olaraq öz diplomatlarını İrandan geri çəkməsinin və öz ölkələrindəki İran rejiminin diplomatlarını qovmasının vaxtı çatıb", - Muradxani bildirib.
Xatırladaq ki, bir neçə gün öncə siyasi fəalın qardaşı Mahmud Muradxani tvitter hesabında bacısının tutularaq həbsxanaya aparılması barədə məlumat yaymışdı.
Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılaraq dünyasını dəyişən Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyaları davam edir, yüzlərlə ölən var.

DİGƏR XƏBƏRLƏR

Top