"Suriya ilə bağlı Türkiyə ilə fikir ayrılıqlarımız var"


“Rusiya və Türkiyə arasında münasibətlərin səviyyəsi Suriya ilə bağlı mövcud fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə imkan verir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
 “Suriya ilə bağlı Türkiyə ilə fikir ayrılıqlarımız var.
Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz imkan verir ki, bütün bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, uzun da olsa, yenə də danışıqlar yolu ilə həll edək. Və bu səviyyədə qarşılıqlı anlaşma və qarşılıqlı hörmət, həqiqətən belə çətin vəziyyətləri müzakirə etmək üçün yaxşı təməldir”, - ”, - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın sərhəd bölgələrində 50-dən çox təyyarə və 20 pilotsuz təyyarənin iştirakı ilə əməliyyat keçirib. Yerdən hava dəstəyi artilleriya ilə təmin edilib. Zərbələr PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin obyektlərinə endirilib.
Bundan əlavə, Ərdoğan Suriyanın şimalında bir neçə bölgədə quru əməliyyatı keçirməyi planlaşdırdığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top