Ukraynadakı müharibə uzandığı üçün ABŞ və NATO-nun silah ehtiyatları azalır - NYT


ABŞ-ın və dünyanın aparıcı nəşrlərindən “The New York Times” fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsinin ABŞ və NATO ölkələrinə təsirini açıqlayan geniş xəbər dərc edib.
Yeniavaz.com
xəbər verir ki, qəzet, ABŞ və NATO-ya üzv ölkələrin Ukraynaya silah göndərməyə davam etdiyini, lakin müharibənin uzanması səbəbindən bu ölkələrin silah və hərbi sursat ehtiyatlarının azaldığını yazıb.
 “Qərb düşünürdü ki, Avropada artıq silah və tanklarla müharibə olmayacaq və silah ehtiyatını azaldıb. Bu səhv idi”, - yazıda deyilir.
NYT-yə danışan NATO rəsmilərindən biri bildirib ki, bu ölkələr silah ehtiyatlarını İkinci Dünya Müharibəsindən bəri görünməmiş sürətlə azaldıblar:
“NATO-ya üzv ölkələrin yarıdan çoxu Ukraynadakı silah ehtiyatlarını demək olar ki, tamamilə bitirib. 30 ittifaq üzvündən 20-si hərbi yardımdan tükənib, qalan 10 ölkə, o cümlədən Fransa, Almaniya, İtaliya, Hollandiya silah tədarükü həcmini artıra bilər, lakin bu məsələ onları tükəndirib.
Əfqanıstanda NATO qüvvələri gündə 300 atəş açırdılar və havadan müdafiə ilə bağlı problemləri yox idi, Ukraynada isə gündə minlərlə atəş açılır və hava hücumundan müdafiə sistemi Rusiya raketləri və İran istehsalı olan pilotsuz təyyarələr səbəbindən narahatlıq doğurur”.
Müdafiə üzrə ekspert Kamil Qran isə bildirib ki, Ukraynanın hazırkı bir günü Əfqanıstanda bir ay və ya daha çox vaxta bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top