Çində etiraz dalğası genişlənir: Si Cinpinin istefası tələb olunur - Video


Çində “Covid” məhdudiyyətlərinə qarşı etirazlar Urumçidə yaşayış blokunda 10 nəfərin ölümü ilə nəticələnən yanğından sonra daha da güclənib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, baş verən yanğında 10 nəfərin ölümünə səbəb kimi pandemiya ilə əlaqədar çoxmərtəbəli binaların bağlanması göstərilir.
Çin səlahiyyətliləri ölümlərə bunun səbəb olduğunu inkar etsələr də, Urumçi rəsmiləri cümə günü üzrxahlıq edib və məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılaraq "asayişin bərpa ediləcəyi" barədə söz veriblər.
Şanxay küçələrində minlərlə insan qurbanların xatirəsini yad edib və məhdudiyyətlərə qarşı nümayiş keçirilib. Çoxlarının prezident Si Cinpini istefaya çağırması eşidilib.
Etirazçılar "Si Cinpin, istefa" və "Kommunist partiyası, istefa ver" kimi şüarlar səsləndiriblər. Bəzilərinin əlində boş ağ pankartlar olub.
Qeyd olunur ki, bu cür tələblər Çində qeyri-adi mənzərədir, burada hökumətin və prezidentin hər hansı birbaşa tənqidi sərt cəzalarla nəticələnə bilər.

DİGƏR XƏBƏRLƏR

Top