Putinin Kadırovla selfisi gündəm oldu - Foto


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov noyabrın 25-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı selfi çəkdirib.
Yeniavaz.com
xəbər verir ki, Çeçenistan rəhbəri şəkli öz “Telegram” kanalında yerləşdirib.
Foto sosial şəbəkələrdə sürətlə yayılıb və müzakirə mövzusuna çevrilib.
Kadırovun sözlərinə görə, onlar çeçen bölmələrinin Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirakını müzakirə ediblər, respublika rəhbəri Putinə regiondan döyüşə göndərilmiş yeni döyüşçülər barədə məlumat verib.
"Vladimir Vladimiroviç döyüşçülərimizin cəbhə xəttində əldə etdiyi nailiyyətləri, onların döyüş ruhu və təcrübəsini, hərbi hissələrin cəlb olunmasını və könüllü dəstələrin hazırlanmasını xüsusi qeyd edib", - Kadırov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top