Şahdağa qar yağıb - Faktiki hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-nə olan faktiki havanı açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.
Yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.
Qeyd olunub ki, gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top