Zaporojyedə cəmləşən rus qüvvələri atəşə tutulub - 100-dən çox itki var


Son sutka ərzində Ukrayna hərbçiləri Zaporojye vilayətinə effektiv zərbələr endiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu gün səhər saatlarında yaydığı məlumatda deyilir.
Bildirilib ki, noyabrın 25-də Zaporojye rayonunun Melitopol, Poloqa və Mixaylovka yaşayış məntəqələri yaxınlığında düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazilər atəşə tutulub.
"İşğalçıların itkilərinin 100-dən çoxdur, 10-a yaxın müxtəlif təyinatlı hərbi texnika və 2 sursat anbarı məhv edilib", - Baş Qərargahdan bildiriblər.
Hücumun təfərrüatları ilə bağlı daha ətraflı məlumatın veriləcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top