Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub


Noyabrın 23-də 5,9 bal gücündə zəlzələnin baş verdiyi Türkiyənin Düzce vilayətində bu gün səhər saatlarında yenidən silkələnmə olub.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, yerli vaxtla saat 06:57-də (Bakı vaxtı ilə 07:57) 4,6 bal gücündə zəlzələ baş verib.
Zəlzələ ətraf əyalətlərdə də qismən hiss olunub.
Kandilli Rəsədxanası zəlzələnin episentrinin Döngelli-Çilimli olduğunu açıqlayıb.
Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması İdarəsi (AFAD) isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb.
Ətraf əyalətlərdə də hiss olunan zəlzələdə heç bir mənfi hadisə baş verməyib.
Qeyd edək ki, noyabrın 23-də Düzce Gölyakada baş verən 5,9 bal gücündə zəlzələ Mərmərə, Qərbi Qara dəniz, Egey və İç Anadolu bölgələrində hiss olunmuş, 2 nəfər ölmüş, 93 nəfər yaralanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top