Qazaxıstanda etiraz aksiyası – Video


Qazaxıstanın paytaxtı Astanada hökumət əleyhinə etiraz aksiyası baş tutub.
Yeniavaz.com
xəbər verir ki, aksiyada 300-ə yaxın gəncin iştirak etdiyi bildirilib. Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polis icazəsiz aksiyanın qarşısını alıb, saxlanılanlar var.
Bölgədə internet və mobil şəbəkələrin fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa edilib.
Xatırladaq ki, bu gün Astanada noyabrın 20-də Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. Onun səslərin 81,31 faizini qazandığı bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top