Türkiyə ordusu şəhid verdi


İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 hərbçi isə yaralanıb
Yeniavaz.com 
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Yaralılarımız xəstəxanaya aparılıb və müalicələrinə başlanılıb. Bizi dərin hüzn və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik”, - deyə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top