Vətən müharibəsi şəhidinin anım günü keçirildi


Bu gün Mingəçevirdə Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İldırım oğlu Cüməzadənin Anım Günü keçirilib.
Yeniavaz.com
xəbər verir ki, T. Cüməzadə iki il öncə bu gün, 26 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də dünyaya göz açıb. Ailədə iki qardaş olublar. Təbriz orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə dönüb. Bir müddət işsiz qalıb. 2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə göndərilib. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüşüb. Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində şəhid olub.
Nəşi 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Təbrizin  Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top