Putin İlham Əliyevə zəng etdi - Yenilənib


Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.

***14:06
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kremlin” məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına dair praktiki məsələlərə diqqət yetirilməklə, üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsi üçün gələcək addımlar nəzərdən keçirilib”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top