Suriyadan gətirilən 16 nəfərlə bağlı reabilitasiya tədbirlərinə başlanıb


“Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaydığı məlumatda bildirib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib:
“Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.
İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.
Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.
Bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib”.

DİGƏR XƏBƏRLƏR

Top