İran Uelsə qalib gəldi


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.
Yeniavaz.com
xəbər verir ki, günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında baş tutub.
"Əhməd Bin Əli" stadionunda oynanılan matç Bakı vaxtı ilə saat 14:00-da başlayıb və İran millisinin qələbəsi ilə başa çatıb – 2-0.
Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
İrana qələbəni gətirən qolları 90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezayan vurub.
Qeyd edək ki, qarşılaşmanı qvatemalalı baş hakim Mario Eskobar idarə edib.

DİGƏR XƏBƏRLƏR

Top