Tokayev prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya edəcək


Bazar ertəsi, noyabrın 28-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya Federasiyasına rəsmi səfər edəcək
Yeniavaz.com
Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Moskvada Tokayev Vladimir Putinlə görüşəcək, danışıqlar aparacaq.
Həmçinin, iki ölkə liderləri videokonfrans vasitəsilə Qazaxıstan və Rusiya arasında Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəklər.
Qeyd edək ki, bu, noyabrın 21-də Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Tokayevin yeni səlahiyyət dövründə xarici ölkəyə ilk rəsmi səfəridir.

DİGƏR XƏBƏRLƏR

Top