
Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması proseduruna start verəcək qanun layihəsini hazırlayır. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, hökumət 50-ci maddənin tətbiqi və Aİ-dən çıxma prosesinə başlamaq üçün yeni qanunun ilk layihəsini hazırlayır.Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-də üzvlüyünə dair referendumda Avropa inteqrasiyanın əleyhdarları qələbə qazanıblar. Britaniyalıların 51,9 faizi Krallığın Aİ-dən çıxmasının lehinə səs verib, 48,1 faizi isə əleyhinə olub.
Tətbiqimizi yükləyə bilərsiniz