AZAL satılmayan helikopterlərini 6-cı dəfə hərraca çıxarır


Daha əvvəl 5 dəfə açıq hərraca çıxarılan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus 3 ədəd helikopterdən 2-si 6-cı dəfə hərraca çıxarılacaq.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumat üçün bildirək ki, əvvəlki hərraclarda 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd  “Airbus Helicopters EC-155B1” helikopteri satışa çıxarılıb.
Xəbəri rus dilində oxuyun: AZAL выставляет на аукцион непроданные вертолеты в шестой раз

Əvvəlki hərraclar bu ilin mart ayının 1-də, iyul ayının 21-də, sentyabr ayının 1-də, oktyabr ayının 10-da və noyabr ayının 15-də keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon, 3-cü hərracda 1,8 milyon, 4-cü hərracda 1,5 milyon, sonuncu hərracda isə 1 milyon manat olub.
15 noyabr 2022-ci il tarixində keçirilən sonuncu hərracda “Airbus Helicopters EC-135P2” helikopteri 1 milyon manata Birləşmiş Ərəb Əmirliklərindən olan "Flatter Wings” şirkətinə satılıb.
Qeyd edək ki, 20 dekabt 2022-ci il tarixində keçiriləcək 6-cı hərracda satışa çıxarılacaq 2 ədəd “Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci istehsalıdır və hər birinin start qiyməti 1 milyon manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top