Valideynlərdən pul tələb edən direktor başqa məktəbə rəhbər təyin edildi


Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.
Bu barədə Yeniavaz.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
“Böyük məktəbdən kiçiyə - 1300 şagird yerlik məktəbdən 500 şagird yerlik məktəbə yerdəyişmə olunub”, - məlumatda bildirilib.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl səs yazısı yayılan direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu. Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi N. Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top