Kliçko Kiyev sakinlərinə çağırış etdi


Kiyev meri Vitali Kliçko paytaxt sakinlərini müvəqqəti olaraq şəhəri tərk etməyə və şəxsi evlərə köçməyə çağırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
“Əgər sizin Kiyevətrafı qəsəbələrdə eviniz varsa, evində soba, istilik, müstəqil su təchizatı olan evlə tanışlarınız və ya dostlarınız varsa, o zaman orada müvəqqəti qalmağa getmək yaxşı olardı. Pis ssenariyə hazırlaşın, içməli su, qida və isti paltar ehtiyatı toplayın”, - deyə o bildirib.
Kliçko sakinlərin tam təxliyəsinə isə ehtiyac olmadığı dilə gətirib.

DİGƏR XƏBƏRLƏR

Top