BMT İranla bağlı yeni missiya hazırlayır


BMT-nin İnsan Haqları Şurası (HRC) cümə axşamı Cenevrədə keçirilən xüsusi sessiyada İranda etirazlar zamanı insan haqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ və digər Qərb dövlətləri tərəfindən fəal şəkildə irəli sürülən Şuranı təşkil edən 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə, o cümlədən Ermənistan, Çin və Kuba əleyhinə səs verib, 16 dövlət isə səsvermədə bitərəf qalıb.
Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması ilə bağlı iddiaları hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. 

 

DİGƏR XƏBƏRLƏR

Top