Gürcüstan- Azərbaycan sərhədində 30 kilometrlik tıxac - Video


Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınlarının 30-km-dən uzun məsafədə növbə gözləyirlər.

Müxtəlif ölkələrdən Gürcüstanı keçməklə Azərbaycana, eləcə də Azərbaycandan digər ölkələrə gedən yük maşınları sərhəddə gedən yolboyu sırada gözləyirlər.

Yaşayış məntəqələrindən, eləcə də TIR parklarından kilometrlərlə uzaqda dayanmağa məcbur qalan yük maşınlarının sürücüləri vəziyyətlərinin günbəgün ağırlaşdığını deyirlər.

Sürücülər bildirirlər ki, qida ehtiyaclarını qarşılamaq üçün imkanları da tükənib.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamentinin ilə əlaqə saxladıq. Departamentin mətbuat xidmətindən verilən məlumata görə, Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Sıxlığın səbəbilə bağlı isə heç bir rəsmi açıqlama verilməyib.

Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır.Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.

Ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top