Ukrayna 50 rus hərbçini geri qaytardı


Danışıqlar prosesi nəticəsində 50 rus hərbçisi Kiyevin nəzarətində olan ərazidən qayıdıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Noyabrın 24-də danışıqlar prosesi nəticəsində ölüm təhlükəsi ilə üzləşmiş 50 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb", - deyə bildirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, azad edilən hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə idarənin tibb müəssisələrində müalicə və reabilitasiya məqsədilə Moskvaya gətiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top