Fransada Makronla bağlı araşdırma başladıldı


Fransada 2017-ci il seçkilərində Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırmaya başlanılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölkənin Milli Maliyyə Prokurorluğu noyabr ayında ibtidai istintaqa başlayıb və üç müstəntiqə həvalə edilib. Onlardan biri 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnyordur. Araşdırmaya görə Fiyon seçki yarışından geri çəkildi, baxmayaraq ki, rəy sorğularına görə, Makronu qabaqlamaq şansı var idi.

DİGƏR XƏBƏRLƏR

Top