Toivo Klaar Azərbaycana gəlir


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar 25-26 noyabr tarixlərində Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr aparmaq üçün bu axşam Bakıya gəlir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Toivo Klaarın ofisi məlumat yayıb. Bildirilib ki, bu məsləhətləşmələrdə Aİ-Azərbaycan əməkdaşlığının gündəliyi və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top