Halil Sezai haqqında həbs qərarı verildi


Məşhur türkiyəli müğənni Halil Sezainin səhnədə qonşusu Hüseyin Meriçə dediyi sözlər "təhqir" hesab olunub və onun hbs olunması ilə bağlı qərar çıxarılıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, 15 sentyabr 2020-ci ildə İstanbulun Tuzla rayonunda qonşusu Hüseyn Meriçi (68) döydüyü üçün 1 il 11 ay 17 gün həbs cəzası alan müğənni Halil Sezai, bu dəfə də onu təhqir etdiyi üçün barəsində həbs qərarı verilib.
Qonşusu haqqında dediyi nalayiq sözlərə görə "ictimai təhqir" maddəsi ilə ittiham olunan Halil Sezainin məhkəməsinin ilk iclasında qərar verilib.
Hakim Halil Sezaiyə 'təhqiretmədə' təqsirli bilərək 4 ay 25 gün həbs cəzası verib.
Qeyd edək ki, daha əvvəlki hökmə görə də müğənni 42 gün həbsdə qalmışdı.

DİGƏR XƏBƏRLƏR

Top