“Xalq Bank”ın təsis etdiyi “Xalq Əmlak”da mühim dəyişiklik


“Xalq Əmlak” MMC (VÖEN –  1307300541) nizamnamə kapitalını azaldır.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Xalq Əmlak” MMC nizamnamə kapitalının 40 milyon manatdan 22 milyon 600 min manata qədər azaldığını elan edib.
Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal ray., İnşaatçılar prospekti 22L ünvanına bildirə bilərlər.
Məlumt üçün qeyd edək ki, “Xalq Əmlak” MMC 24.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Bağırov Süleyman Mirtağı oğludur.
Xəbəri rus dilində oxuyun: Важное изменение в "Xalq Əmlak", учрежденное "Xalq Bank"-ом

Qeyd edək ki, “Xalq Əmlak” MMC-nin təsisçisi 100% pay ilə ölkənin aparıcı banklarından olan “Xalq Bank” ASC-dir. “Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. “Xalq Bank” ASC-nin səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “AMAL İnvest Qrup” MMC (16,15%) olub. “Xalq Bank” ASC-nin hesabatında iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top