Bakıda 1 yaşlı övladı olan 13 yaşlı qız yenidən evləndirilir?


Paytaxtın Xəzər rayonunda azyaşlı qızın zorla evləndirildiyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Nuranə Gülər adlı tanıdığı Türkan qəsəbəsində 13 yaşlı qızın ərə verildiyini iddia edib. K. Ağazadə bildirib ki, ona verilən məlumata görə sözügedən 13 yaşlı qız daha əvvəl də evləndirilib və hətta 1 yaşında körpəsi də var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqəli araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top